Tələbələr üçün “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə

17 Oktyabr 2024
Tələbələr üçün “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayı münasibətilə “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə elan edir.

Məqsəd: Əhalinin maliyyə məlumatlılığı, o cümlədən rəqəmsal ödənişlər istiqamətində bilik və bacarıqlarının artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi, o cümlədən Virtual Təhsil Platformasının əhali arasında təşviq edilməsi.

Kursun təqdim edildiyi platforma: Mərkəzi Bankın iqtisadi maarifləndirmə məqsədilə yaratdığı Virtual Təhsil Platformasında təqdim edilmişdir (https://edu.e-cbar.az/). 

Yekun imtahanlar üçün son müraciət tarixi – 1 noyabr 2024-cü il 

İştirakçılar üçün şərtlər: 

Müsabiqə iştirakçıları ali  təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələri olmalı, Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az/) “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" kursunda  qeydiyyatdan keçib, dərsləri dinləməli və yekun imtahan üçün Ali təhsil müəssisəsinin təyin etdiyi koordinator vasitəsilə yekun imtahana müraciət etməlidirlər. İmtahanların vaxtı və məkanı iştirakçıların sayından asılı olaraq Mərkəzi Bank və Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcəkdir.

Müsabiqə çərçivəsində “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri"  kursundan  70% və daha yuxarı bal toplayan tələbələrə sertifikat,  15 ən yüksək nəticə göstərən tələbəyə planşetlər təqdim ediləcəkdir.

Müsabiqə ilə yaranmış suallar üçün edu@cbar.az email adresinə və ya +994 50 209 03 91 telefon nömrəsinə müraciət etməyiniz xahiş olunur.

Diqqət! Müsabiqədə ancaq 2 oktyabr 2024-cü il tarixinə qədər “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" kursundan imtahan verməmiş tələbələr iştirak edə bilərlər. 

Virtual Təhsil Platformasında qeydiyyat haqqında:    

https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M 

 

Digər elanlar