Tələbələr üçün layihə menecmenti üzrə ödənişsiz təlim təşkil olunacaq

17 Mart 2022
Tələbələr üçün layihə menecmenti üzrə ödənişsiz təlim təşkil olunacaq

 

 

Bakı Mühəndislik Universitetinin (BMU) Elm və innovasiya şöbəsi və Layihələrin idarə edilməsi üzrə Azərbaycan Assosiasiyası (AzPMA) layihə menecmenti üzrə ödənişsiz təlim (beynəlxalq sertifikasiya proqramı əsasında) təşkil edir.

Azərbaycan dilində keçiriləcək təlimdə II və III kurs tələbələri iştirak edə bilər. Seçim əsasında proqrama qoşulan tələbələr üçün yaradılan imkanlar aşağıdakı kimidir:

· Layihə menecmentinin əsasları üzrə 15-saatlıq təlim; 

· International Project Management Association (IPMA) ICB4 standartları ilə Project Management Associate (Level D) beynəlxalq sertifikasiya imtahanı;

· Gənc layihə mütəxəssisləri üçün nəzərdə tutulmuş IPMA təşkilatının Young Crew beynəlxalq təşəbbüsünə BMU komandasının aktiv üzvü kimi qoşulmaq.

Təlimdə iştirak üçün tələbələr sırasına CEFR B1 səviyyəsində ingilis dilini bilmək (intermediate level), könüllü şəkildə layihələrin icrasında aktiv iştirak etmək daxildir.

Təlimlərin aprel-may aylarında təşkil olunması nəzərdə tutulur. Müraciətlər üçün son tarix 10 aprel 2022-ci il, saat 18:00-dır.

Təlimə https://docs.google.com/forms/d/e/1FAIpQLScf9FH0a8fEhnAQh9smsXczrVRj-bVcQ-DC2myoxpqWhPrDNA/viewform?vc=0&c=0&w=1&flr=0 linki vasitəsilə müraciət etmək mümkündür.

Daha ətraflı məlumatı qeyd olunan linklərdən əldə etmək olar:

IPMA Certification level D

https://www.ipma.world/individuals/certification/certified-project-management-associate-level-d/

IPMA Young Crew Program

https://www.ipma.world/ipma-young-crew/

 

 

 

 

Digər elanlar