Startap yaratmağa və innovativ yeniliklər etməyə hazır olan gənclərin nəzərinə!

17 Oktyabr 2022
Startap yaratmağa və innovativ yeniliklər etməyə hazır olan gənclərin nəzərinə!

 

Bakı Mühəndislik Universitetində (BMU) “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin "Tusi(2C)" İnkubasiya proqramına qeydiyyat elan olunur.

Ümumilikdə 6 aylıq dövrü əhatə edəcək proqramda sizi nələr gözləyir?

-            təlimlər;

-           xarici və yerli ekspertlərlə görüşlər;

-            layihələrin işlənilməsi;

-          sahələr üzrə səfərlər;

-            müxtəlif düşərgələr.  

Və son olaraq “Pitch Day”!

İdeya və ya hazır komandanız yoxdursa, təəssüflənməyin, innovasiyaya həvəsli olmaq kifayətdir.

Bütün universitet tələbələri və məzunları proqramda iştirak edə bilərlər.

Əgər siz də təşəbbüskar, özünə güvənən və gələcəyini bu sahədə görən gəncsinizsə, elə indi qeydiyyatdan keçin!

Qeydiyyat üçün link: https://bit.ly/3Saelbq

Son müraciət tarixi: 30 oktyabr 2022-ci il

 

Digər elanlar