Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat və innovasiya akademiyası” layihəsinə start verilir.
Layihə çərçivəsində 29 iyun 2021-ci il tarixindən etibarən başlayacaq “Sosial elmlərdə tədqiqatçılıq” başlığı altında keçiriləcək ilk proqram BMU-nun Dünya iqtisadiyyatı kafedrasının dəstəyi ilə universitet daxilində gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
Proqram 29 iyun 2021-ci il tarixindən etibarən başlayacaq, 6 ay müddətində həftədə bir dəfə 1.5 saat olacaq. Təlimdə iştirak etmək istəyən namizədlər dtkt@beu.edu.az ünvanına 26 iyun tarixinə kimi müraciət etməlidirlər. Müraciət edən namizədlərdən ingilis dili və yazı bacarığı tələb olunur.
Təlimdə ilk müraciət edən 20 nəfər iştirak edəcək.
Qeyd edək ki, ilk proqramın rəhbəri BMU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri, bir sıra nüfuzlu elmi-jurnalların redaksiya heyətinin üzvü, i.ü.f.d. Şəhriyar Muxtarovdur.