“SAP EHM/WCM üzrə Təcrübə proqramı”

19 Fevral 2021
“SAP EHM/WCM üzrə Təcrübə proqramı”

Bakı Mühəndislik Universiteti (BMU) və SAP şirkəti tələbələrin texniki biliklərinin artırılması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “SAP EHM/WCM üzrə Təcrübə proqramı”nı elan edir.

Proqrama BMU-nun Mexanika mühəndisliyi, Energetika, Elektronika,  Proseslərin avtomatlaşdırılması, Sənaye mühəndisliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Kompüter elmləri, Nəqliyyatın təşkili və idarəedilməsi ixtisasları üzrə II və III kurs tələbələri, həmçinin magistr pilləsində təhsil alan şəxslər qoşula bilərlər.

Təcrübə proqramının müddəti 1-3 aydır. Azərbaycan və rus dillərini həm şifahi, həm də yazılı şəkildə yüksək səviyyədə bilmək tələb olunur.

Maraqlanan şəxslər 1 mart 2021-ci il tarixinədək [email protected] elektron poçtuna mövzu hissəsində “Internship” qeyd edərək CV göndərməklə müraciət edə bilərlər.

Digər elanlar