"ABB Rəqəmsal Maarifləndirmə" təcrübə proqramı

05 Dekabr 2023
"ABB Rəqəmsal Maarifləndirmə" təcrübə proqramı

Azərbaycan Beynəlxalq Bankından (ABB) iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

Bank aşağıda sadalanan keyfiyyətlərə malik olan və yaşı 18 -dən 25 -ə qədər olan ali təhsili alan tələbələr və təhsilini yeni bitirmiş gəncləri təcrübə proqramında iştirak etməyə dəvət edir. Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:

-         çevik;

-         təşəbbüskar;

-         həvəsli;

-         işgüzar;

-         gülərüz;

-         məsuliyyətli;

-         ünsiyyətcil;

“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3-6 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşma, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.

Digər elanlar