“Qış Universiteti”nin qeydiyyat tarixi uzadıldı

09 Yanvar 2023
“Qış Universiteti”nin qeydiyyat tarixi uzadıldı

 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi məqsədilə fevral ayının ilk iki həftəsində Quba rayonunda “WinterCamp 2023” tələbələr üçün “Qış Universiteti” keçiriləcək.

Qeyd olunan 4 istiqamət üzrə keçiriləcək “Qış Univerisiteti” çərçivəsində tələbələr peşəkar mütəxəssis, spiker və təlimçilərin iştirakı ilə interaktiv sessiyalarda, panellərdə iştirak edərək ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər.

Tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması, fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına yönələn 5 günlük düşərgə ərzində iştirakçılar həmçinin müxtəlif maarifləndirici oyunlarda, bir sıra idman yarışlarında iştirak edərək hərtərəfli şəkildə faydalı vaxt keçirəcəklər.

Hər biri 5 gün olmaqla, 4 fərqli istiqamət üzrə keçiriləcək tələbə düşərgəsində III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr qeydiyyatdan keçərək iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi təşkil ediləcək. Bu mərhələləri uğurla keçən şəxslər iştirak hüququ qazanacaqdır.

Qeydiyyat linki: https://forms.gle/4dj5bv9yWrrtLfTb7

Qeydiyyat üçün son tarix: 15 yanvar, 2023-cü il.

“Qış Universiteti”ndə iştirakçı sayı məhduddur. Yalnız seçilən şəxslərə yekun seçim nəticələri barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

Əlaqə: [email protected]

Digər elanlar