Çinin Qingdao Texnologiya Universiteti Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinə aşağıdakı ixtisaslardan biri üzrə magistr dərəcəsini davam etdirmək üçün güzəştli təhsil imkanı təklif edir.
- İnşaat mühəndisliyi
- Struktur Mühəndisliyi
- Material mühəndisliyi
- Nəqliyyat Mühəndisliyi
- Hidravlika mühəndisliyi
Magistratura proqramı iki hissəyə bölünür:
1. Birinci hissə bir semestr davam edən hazırlıq kursudur.
2. İkinci hissəsi seçilmiş mühəndislik sahəsində üç illik ixtisaslaşmış təhsil.
Hazırlıq kursu ərzində tələbələrdən 6800 Çin yuanı məbləğində təhsil haqqı tələb olunacaq. Bu məbləğ əsas kursu bitirdikdən sonra tələbələrə qaytarılacaq.
Təhsil dili ingilis dilidir.
Tələb olunan sənədlər:
- CV
- Pasport
- Özünü tanıtma və Tədris Planı
- Universitetdə oxuduğuna dair arayış
- Tövsiyyə məktubu
- Ağ fonda biometrik şəkil
- Məhkumluq haqqında arayış
Əlavə məlumat üçün Qingdao Texnologiya Universitetinin əməkdaşı Zaur Cəfərovla (jafarovzaur07@gmail.com , fengchao@qut.edu.cn), +994 55 869 00 08 (wp) əlaqə saxlamağınız xahiş olunur.
Müraciət üçün son tarix: 15.06.2024