Bakı Mühəndislik Universitetinin (BMU)Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İspaniyanın Granada Universiteti bir həftəlik tədris üçün yeni çağırış elan edir.
Mübadilə 2023/2024-cü tədris ili üçün nəzərdə tutulur. Sənədlərin qəbulunun son tarixi 03.12.2023-cü il.
Namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:
- BMU-da ingilis dilində tədris etməli;
- Tərcümeyi-hal (CV);
- Granada Universitetinin aidiyyatı professor-müəllim heyətindən dəvət məktubu;
- Granada Universitetində nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);
- Motivasiya məktubu;
- Nəşrlərin siyahısı;
- Pasport.
Qeyd:
1. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
2. Granada Universitetinin kafedralarının professor-müəllim heyətinin məlumatları: https://www.ugr.es/en/about/organization/departments
3. Tələb olunan sənədləri 03.12.2023-cü il tarixinə kimi təqdim olunan Qeydiyyat linkinə daxil olaraq yükləməyiniz xahiş olunur.