Professor-müəllim heyətinin nəzərinə!

02 Mart 2023
Professor-müəllim heyətinin nəzərinə!

BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Sapienza Universiteti professor-müəllim heyəti üçün bir həftəlik mübadilə çağırışı elan edir. Müsabiqə 2023/2024-cü tədris ili üçün nəzərdə tutulub. BMU-nun akademik heyəti sözügedən universitetin (https://www.uniroma1.it/en/pagina/faculties) istənilən fakültəsinə müraciət edə bilər.

Sənəd qəbulu üçün son tarix: 26.03.2023

Müsabiqədə iştirak edən namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:

*Tərcümeyi-hal (CV);

* Gedəcəyi universitetdə nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);

* Motivasiya məktubu;

* Nəşrlərin siyahısı;

* BMU əsas iş yeri olmalı;

* BMU-da ingilis dilində tədris etməli.

 Qeyd: Tələb edilən sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

 Əlavə sual yaranarsa, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: [email protected]).

 *** Sənədləri ZIP fayl olaraq ad/soyad qeyd etməklə göndərməyiniz xahiş olunur.

Digər elanlar