Professor-müəllim heyətinin nəzərinə!

18 Oktyabr 2022
Professor-müəllim heyətinin nəzərinə!

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Rumıniyanın Timişoara Politexnik Universiteti professor-müəllim heyəti üçün bir həftəlik mübadilə müsabiqəsi elan edir. Müsabiqə 2022/2023-cü tədris ili üçün nəzərdə tutulub.

Müsabiqəyə Mühəndislik, Memarlıq və inşaat fakultələrinin professor-müəllim heyəti müraciət edə bilər (http://www.upt.ro/Universitatea-Politehnica-Timisoara_en.html). Mübadilədə bir nəfərin iştirakı planlaşdırılır.

Sənədlərin qəbulunun son tarixi 30.10.2022-ci ildir.

Müsabiqəyə təqdim olunan namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyənləşdiriləcək:

-  BMU-nun tam ştatda çalışan müəllimi olması;

- BMU-da ingilis dilində tədris etməsi;

- tərcümeyi-hal (CV);

- gedəcəyi universitetdə nəzərdə tutulan tədris proqramının məzmunu (Content of  the teaching programme);

-   motivasiya məktubu;

-  nəşrlərin siyahısı.

 

Qeyd: Tələb olunan sənədlərin ingilis dilində hazırlanıb [email protected]  email ünvanına göndərilməsi xahiş olunur.

Əlavə sual yaranarsa, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət etmək mümkündür (email: [email protected]).

 

 

Digər elanlar