Professor-müəllim heyəti üçün tədris və təlim müsabiqəsi

20 Noyabr 2020
Professor-müəllim heyəti üçün tədris və təlim müsabiqəsi

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Torino Politexnik Universiteti 2020/2021-ci tədris ilində professor-müəllim heyəti üçün bir həftəlik tədris (staff/teaching mobility) və təlim (staff/training mobility) müsabiqəsi elan edir.

Namizədlər 2020/2021-ci tədris ilinin istənilən vaxtında hərəkətlilikdə (mobility) iştirak edə bilərlər, lakin ən azı 2 ay əvvəlcədən namizədin məlumat və sənədləri qarşı universitetə göndərilməlidir.

İtaliyanın Torino Politexnik Universiteti haqqında daha ətraflı məlumatı www.polito.it/index.php?lang=en linki vasitəsilə əldə etmək mümkündür.

Maraqlanan şəxslər detallı məlumat üçün BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya (e-mail: [email protected]) müraciət edə bilər.

Digər elanlar