“Professional karyeranın qurulması” təlimi

05 Dekabr 2019
“Professional karyeranın qurulması” təlimi

     BMU-da keçiriləcək “Professional karyeranın qurulması” təlimində iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin !

    Dövlət Məşğulluq Xidməti (DMX) və BMU Müəssisələrlə əlaqələr və karyera departamentinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Professional karyeranın qurulması” təliminə start verilib. Təlimin əsas məqsədi son kurs tələbələrinin inkişafına dəstək göstərmək və gələcək karyeralarının qurulmasında onları maarifləndirməkdən ibarətdir. Qeydiyyat sayından asılı olaraq təlimlərin davamlı keçirilməsi planlaşdırılır.

     Təlimdə  Bakı Mühəndislik Universitetinin sonuncu kurs  tələbələri iştirak edə bilər.

Təlim aşağıdakı mövzuları əhatə edəcək:

-Bacarıqların təhlil edilməsi;

-Təhsil dövründə karyeranın planlaşdırılması;

-Motivasiya;

-Komandanın qurulması;

-Təqdimat bacarıqları;

-Müsahibəyə hazırlıq;

-Maraq məktubu;

-Müsahibə növləri;

-CV yazılışı;

-Zamanın idarə edilməsi;

-Təlim gündəliyi.

     Təlimdə iştirak etmək üçün 6 dekabr saat 18:00 tarixinədək BMU Müəssisələrlə əlaqələr və karyera departamentinə (Rektorluq binası 118/120 nömrəli otaq) yaxınlaşaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

     Təlimin 3 gün ərzində  (09.12.2019-13.12.2019 arası)  saat 14:00-16:00-da Bakı Mühəndislik Universitetində keçirilməsi planlaşdırılır.

     Qeyd edək ki, təlimin sonunda iştirak edən tələbələrə sertifikatlar təqdim ediləcək.         

Əlaqədər şəxs:

Müəssisələrlə əlaqələr və karyera departamenti mütəxəssisi / Sahilə Daşdəmirova email: sadasdamirova@beu.edu.az  Telefon :+994(12) 349 99 66/67 + ( daxili :1118)

     

Digər elanlar