Procter & Gamble şirkəti təcrübə proqramı elan edib

02 Dekabr 2021
Procter & Gamble şirkəti təcrübə proqramı elan edib

Procter & Gamble Azərbaycan şirkətində Brand Management və Sales şöbələrinə təcrübə proqramı elan edilib.

Proqrama III kurs bakalavr və I kurs magistr tələbələri müraciət edə bilər. Müraciət edənlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, ingilis dili “fluent” və ya “upper-intermediate” səviyyəsində bilməlidir. Ərizələrin qəbulu 15 dekabra kimi davam edəcək. Bütün proses bitdikdən sonra 1 iyul 2022-ci il tarixində “full-time” təcrübəçi kimi işə start veriləcək.

3 ay davam edən təcrübə proqramında müvəffəqiyyətli nəticələri olanlara “part-time” təcrübəçi kimi işləməyə imkan yaradılır.

Universitetdəki qiymətlərin və hansı fakültədə təhsil almağın seçim prosesinə təsiri yoxdur. Belə ki, vakansiya yarandıqda heç bir prosesi keçmədən işə ilk dəvət olunan məhz müvəffəqiyyətli təcrübəçilər olur. Təcrübə proqramı zamanı P&G tələbələri rəqabətli maaşla təmin edəcək, ən əsası vacib layihələrin idarəedilməsini tapşıracaq.

Daha ətraflı məlumatla aşağıdakı linklərə keçid etməklə tanış olmaq mümkündür:

https://www.pgcareers.com/job/baku/brand-operations-2022-summer-internship-positions/936/17408921152

https://www.pgcareers.com/job/baku/sales-2022-summer-internship-positions/936/17408919712

Digər elanlar