Procter & Gamble Azərbaycan şirkəti hazırda qəbulları davam edən Yay Təcrübə proqramı barədə tələbələri məlumatlandırmaq məqsədilə info-sessiya təşkil edir.
İnfo-sessiyada P&G qlobal brendi, şirkət və onun təcrübə imkanları, həmçinin təcrübə proqramına müraciət prosesi haqqında ətraflı məlumat veriləcək.
22 dekabr tarixində, saat 17:00-da baş tutacaq canlı yayımla bağlı ətraflı məlumatı https://www.facebook.com/events/388768552937949/?ref=newsfeed linki vasitəsilə almaq mümkündür.
Qeyd edək ki, Satış və Marketinq şöbələrinə elan edilən təcrübə proqramına III kurs bakalavr və I kurs magistr tələbələri müraciət edə bilər. Müraciətlərin qəbul müddəti isə 27 dekabr tarixinə qədər uzadılıb.