Bakı Mühəndislik Universitetinin (BMU) Elm və İnnovasiya şöbəsi, Tələbə Elmi Cəmiyyəti (TEC) , Unitalks və Texnoparkın təşkilatçılığı ilə “Praktikada vergi və mühasibatlıq” adlı təlim keçiriləcək.
Təlim Gənc Mühasiblər İctimai Birliyinin İcraçı Direktoru Rəvan Cəfərli tərəfindən aparılacaq.
Tədbirdə müsahibə zamanı ən çox verilən suallar, vergi və mühasibatlığı praktiki öyrənmək üsulları, bu sahədə lazımi bilik və bacarıqlar və s. barədə mövzulara toxunulacaq. Bununla yanaşı, onlayn kargüzarlıq, e-Qaimə, e-Bəyannamə, DSMF hesabatları, kadr uçotu, İnternet Banking, BTP Proqramı haqqında da məlumat əldə etmək olar.
Təlim 7 mart 2021-ci il tarixində saat 18:00-da BMU Texnoparkın feysbuk səhifəsi (https://www.facebook.com/beutechnopark) üzərindən canlı olaraq yayımlanacaq.