Plagiat proqramının Azərbaycan təmsilçiliyinin təşkilatçılığı ilə 25 noyabr 2020-ci il tarixində saat 15:00-da “Elmi və tələbə işlərinin qiymətləndirmə metodologiyası. Elmi jurnallarda dərc olunmadan əvvəl akademik plagiatın qarşısının alınması. Praktik tövsiyələr” mövzusunda onlayn seminar keçiriləcək. Qeyd edək ki, Bakı Mühəndislik Universitetində (BMU) plagiatın qarşısını almaq üçün bu proqramdan geniş istifadə olunur.
Vebinarda Ali Attestasiya Komissiyasının şöbə müdiri Mübariz Məmmədli, Ukraynada Təhsildə Keyfiyyət Təminatı üzrə Milli Agentliyin vitse-prezidenti Natalya Stukalo və Plagiat.pl şirkətinin icraçı direktoru Əli Təhməzovun məruzələri dinləniləcək. Eyni zamanda, digər ölkələrin təcrübəsindən və Azərbaycan qanunvericiliyindən də söhbət açılacaq.
Zoom platforması üzərindən təşkil olunacaq vebinara https://us02web.zoom.us/j/87228375274 linki vasitəsilə qoşulmaq mümkündür. Bununla yanaşı, qeydiyyat linkinə daxil olaraq formu doldurmaq lazımdır.