“PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) gənclər üçün yeni layihəyə start verib. Layihə “m10” məhsulunun tətbiqi çərçivəsində həyata keçirilir.
Belə ki, layihəyə əsasən gənclər şirkət tərəfindən satış mövzusunda təlimatlandırılacaq və bu işə marağı olan gənclər müəyyən müddətə (dərs saatlarından kənar vaxtda) ödənişli xidmətə cəlb olunacaqlar.
Layihənin sonunda iştirakçılar sertifikatla təmin olunacaq və fərqlənən iştirakçılar gələcəkdə “PashaPay” MMC-də işləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “PashaPay” MMC fintex şirkəti olaraq, 29 aprel 2022-ci ildə “PashaHolding” MMC-nin strateji aktivi olaraq fəaliyyətə başlayıb. “PashaPay” “xalq brendi” kimi tanınan və 2008-ci ildən əhalinin istifadəsinə verilən MilliÖN ödəmə sisteminin əsasında qurulub. Şirkət bu ilin ilin iyul ayından etibarən, bazara yeni məhsulu olan “m10” mobil tətbiqini çıxarıb.