PAŞA Bankın tələbələr üçün müxtəlif mövzularda start verdiyi onlayn master-klasslar davam edir. Növbəti sessiya “Risklərin idarəedilməsi” mövzusunda təşkil olunacaq.
Master-klassda Bakı Mühəndislik Universitetində (BMU) Risk Management, Corporate Finance, Banking fənnini keçən III, IV kurs, həmçinin magistr tələbələri iştirak edə bilər.
Təlimə qoşulmaqla tələbələr “Risk nədir?”, “PAŞA Bankda risklər necə idarə olunur?”, “Kredit risklərinin idarə edilməsi” kimi suallara cavab tapa biləcəklər.
Master-klass 8 il müddətində PAŞA Bankda satış, monitorinq, anderraytinq və kredit risklərində rəhbər vəzifələrdə çalışan, hal-hazırda Kredit Risklərinin İdarəedilməsi şöbəsinin rəhbəri olan Cəlal Quliyev tərəfindən aparılacaq.
17 noyabr 2021-ci il tarixində saat 11:00-da Microsoft Teams üzərindən keçiriləcək təlimə qoşulmaq üçün linkə daxil olmaq lazımdır.