“PAŞA Bank” son kurs tələbələri və məzunları üçün “Yay təcrübə proqramı” elan edir.
Üç ay boyunca keçiriləcək proqram çərçivəsində tələbələr maraqlı layihələrə qoşularaq real təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, ən əsası isə "PAŞA Bank"da işlə təmin olunma şansını əldə edəcəklər.
Təcrübə proqramına bu sahələr üzrə müraciət etmək mümkündür:
* komplayns / hüquq,
* əməliyyat / müştərilərə dəstək,
* data / mühəndislik / analitika / idarəetmə,
* maliyyə / "agile" idarəetmə / risklərin idarə edilməsi,
* texnologiya / İT və kibertəhlükəsizlik,
* satış və marketinq,
* biznes proseslərinin idarəedilməsi / insan resursları.
Yay təcrübə proqramımıza qoşulun, fərqinizlə yadda qalın!
Müraciət üçün CV-nizi internship@pashabank.az e-poçt ünvanına göndərin. Başlıqda müraciət edəcəyiniz sahəni bu formatda qeyd etməyiniz vacibdir: "Internship-sahə" (misal, Internship- maliyyə).
Müraciətlər cari ili 30 aprel tarixinə, günün sonunadək qəbul edilir.