PAŞA Bank Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün müxtəlif mövzularda onlayn master-klasslara start verir. İlk sessiya “How to get hired” mövzusunda baş tutacaq.
Təlimə qoşulmaqla tələbələr “CV-ni necə hazırlamaq lazımdır”, “Linkedİn-dən necə istifadə etməli”, “Müsahibəyə necə hazırlaşmaq lazımdır”, “Müsahibədə özünü necə aparmalı” kimi suallara cavab tapa biləcəklər.
Master-klass 5 ildən artıq HR təcrübəsinə malik olan, eyni zamanda PAŞA Bankda 3 ildir ki, bizness tərəfdaş vəzifəsində çalışan Səriyyə Abuzərli tərəfindən keçiriləcək.
Təlim 11 noyabr 2021-ci il tarixində saat 11:00-da Microsoft Teams üzərindən təşkil olunacaq. Təlimə qoşulmaq üçün linkə daxil olmaq lazımdır.