Ofis proqramlarını öyrənmək üçün əla fürsət!

14 Mart 2023
Ofis proqramlarını öyrənmək üçün əla fürsət!

Əziz tələbələr, Memarlıq, İnşaat və Dizayn İctimai Birliyi (MİDİB) və “FZ Academy”-nin əməkdaşlığı ilə Bakı Mühəndislik Universitetində (BMU) ofis proqramları ilə bağlı dərslər keçiriləcək. Proqramları mənimsəməklə məhsuldarlığınızı, ünsiyyət və məlumatların idarə edilməsi kimi bir çox bacarıqlarınızı artıra bilərsiniz.

Siz, həmçinin şəxsi həyatınızı təşkil etmək üçün də dəyərli bacarıqlar əldə edəcəksiniz. Ofis proqramlarını öyrənmək özünüzə və gələcək karyeranıza dəyərli sərmayədir. Bacarıqlarınızı növbəti səviyyəyə çatdırmaq üçün bu fürsəti qaçırmayın.

İNDİ BİZƏ QOŞULUN VƏ BÜTÜN POTENSİALINIZI ORTAYA ÇIXARIN!

DƏRSİN QISA PROQRAMI:

1. PowerPoint

2. Word

3. Excel

DƏRSİN KEÇİRİLƏCƏYİ MƏKAN:

·        BMU (Yeni korpus)

DƏRSİN KEÇİRİLMƏ TARİXİ:

·        Ən qısa zamanda başlayacaq

TƏLİMÇİ:

“FZ Academy”- nin informatika müəllimi Əfsanə Bağırova Ə.Bağırova Qərbi Kaspi Universitetinin "Dünya İqtisadiyyatı", İstanbul  Univeristetinin isə "Beynəlxalq münasibətlər" fakültəsində təhsil alıb.  5 ildən artıq tədris-təhsil sahəsində təcrübəsi olan təlimçi dövlət qulluğu və magistraturaya qəbul ilə yanaşı, ofis və dizayn proqramlarını da beynəlxaq səviyyədə tədris edir.

HAQQINDA:

·        sonda sertifikat veriləcək;

·        dərslər həftədə 2 dəfə 90 dəq. keçiriləcək;

·        müddət 3 aydır;

·        öyrənəcəyiniz proqramlar:  Ms Word, Ms Excel, Ms Power Point;

·        kurslar ödənişlidir.

Qeyd: BMU tələbəsi olmayanlar da kurslara qoşula bilər. Universitetə giriş üçün xüsusi icazə alınacaq.

Məlumat və qeydiyyat üçün:

http://bit.ly/425LMlp


Digər elanlar