Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 9 aprel 2020-ci il tarixində “Oflayndan onlayna: Bizneslərin oflayndan onlayna keçirilməsi” mövzusunda “UniTalks” görüşü baş tutacaq.
İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubovun moderatorluğu ilə saat 19:00-da Feysbuk üzərindən keçiriləcək görüşün qonağı “Jugaad” Rəqəmsal Marketinq şirkətinin rəhbəri Pərviz Azerelli olacaq.
Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar olaraq Texnopark və İnnovasiya Mərkəzi “UniTalks” görüşləri onlayn şəkildə keçirməyə başlayıb. Həftəlik təşkil olunacaq görüşlər müxtəlif mövzuları əhatə edəcək.