Norm ASC peşəkar iş mühitindən yararlanaraq gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək məqsədilə 2022-ci il üçün ödənişli yay təcrübə proqramını elan edir.
Proqrama İnşaat mühəndisliyi, Materiallar mühəndisliyi, Kimya mühəndisliyi, Sənaye mühəndisliyi, Mədən mühəndisliyi, Mexanika mühəndisliyi, Elektrik, Elektronika və Avtomatika, Proseslərin avtomatlaşadırılması, SƏTƏM/Ekologiya, İnformasiya texnologiyaları, İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi, Biznesin təşkli və idarə edilməsi, Təchizat zəncirinin idarə edilməsi, Nəqliyyatın təşkili və idarə edilməsi ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr tələbələri, həmçinin magistr pilləsində təhsil alan şəxslər müraciət edə bilərlər.
Seçim prosesi yazılı test (ingilis dili, məntiq və dünyagörüşü) və müsahibə mərhələsindən ibarətdir.
Müraciətlər 31 may 2022-ci il tarixinədək internship@norm.az elektron poçt ünvanına mövzu hissəsində uyğun gələn ixtisas adı qeyd edilərək göndərilməlidir.