“Norm” ASC-nin Baş icraçı direktoru Henninq Sassenin Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüşü nəzərdə tutulur.
Henninq Sasse “Sement sənayesində hava və CO2 emissiyasının azaldılması” mövzusunda master-klass keçəcək.
Tədbirin 14.12.2022-ci il tarixində (saat 10:30-12:00) əsas binanın 128 A otağında gerçəkləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, cari iln iyul ayında BMU və “Norm” ASC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Əməkdaşlığın istiqamətləri sırasına qarşılıqlı informasiya, bilik və təcrübə mübadiləsi və məsləhətləşmələrin aparılması, tərəflərin fəaliyyəti və icra edəcəyi layihələri ilə əlaqədar məlumat mübadiləsi, hər iki tərəfin maraq dairəsinə daxil olan mövzular üzrə müxtəlif statuslu elmi və elmi-texniki konfransların keçirilməsi, razılaşma çərçivəsində müəyyən edilmiş tələblərə cavab verən tələbələr üçün təcrübə proqramlarının təşkili və s. məsələlər daxildir.