“Nar”dan BMU tələbələri üçün xüsusi kampaniya

28 Mart 2024
“Nar”dan BMU tələbələri üçün xüsusi kampaniya

Bakı Mühəndislik Universitetinin tələbələrinə “Nar” xüsusi kampaniya təklif edir.

01.04.24-03.04.24 tarixlərində tələbələr universitetin nəzdində ödənişsiz “Nar” nömrə əldə edərək şəbəkədaxili limitsiz danışıq dəqiqələri, şəbəkə xarici 30 dəqiqə və limitsiz internetdən yararlana bilərlər.

Həmçinin iki ədəd sevimli nömrə əldə edən tələbələr heç bir abunə haqqı ödəmədən limitsiz danışıq dəqiqəsindən istifadə edə biləcək. Əlavə olaraq, “Nar” operatorunun məhsulları (tarif və internet paketləri) ilə yaxından tanış olacaq, yararlanmaq istədiyi təqdirdə yerindəcə istədiyi danışıq və internet paketini əldə edəcək.

Kampaniya ilə maraqlananlar tələbə vəsiqələri ilə birliktə “Nar” stendlərinə yaxınlaşmalıdırlar.

Digər elanlar