“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək

09 Yanvar 2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək

13-15 mart 2025-ci il tarixlərində Bakı Mühəndislik Universitetində “Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (International Conference on Management and Control in Solving Engineering Problems - MaCoSEP  2025) keçiriləcək.

Konfransın təşkilatçıları:

-         Bakı Mühəndislik Universiteti;

-         AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu;

-         IEEE;

-         Türkiyənin Ege Universiteti;

-         Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu;

-         Macarıstanın Debrecen Universiteti.

Konfransın tərəfdaşları:

-         AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu;

-         Ukraynanın Kiyev Politexnik İnstitutu;

-         Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu;

-         Türkiyənin Balıkesir Universisteti;

-         Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu;

-         Özbəkistanın Qarşi Dövlət Universiteti;

-         Yunanıstanın Thessaly Universiteti.

Konfransın mövzuları:

-         Optimallaşdırma və optimal idarəetmə problemləri və üsulları;

-         Riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər;

-         Ədədi üsullar və hesablama texnologiyaları;

-         Qeyri-səlis qərar vermə modelləri;

-         Ekologiya, kimya mühəndisliyi və biotexnologiyada sistem təhlili;

-         Ağıllı sistemlər və nümunənin tanınması;

-         İdarəetmə sistemlərində və digər sahələrdə informasiya texnologiyaları;

-         İnformasiya təhlükəsizliyi və mühafizə problemləri;

-         Ağıllı texnologiyalar və kiberfiziki sistemlər;

-         Radiotexnika və telekommunikasiya;

-         İstehsal proseslərinin avtomatlaşdırılması və robotlaşdırılması;

-         Elektrik enerji sistemləri və şəbəkələri;

-         Davamlı inkişaf və idarəetmənin konseptual problemləri;

-         Layihə və risklərin idarə edilməsi;

-         İqtisadiyyat, maliyyə, logistika sistemləri və digər sahələrdə tətbiqi problemlər;

-         Fizika mühəndisliyi və nanotexnologiya.

Önəmli tarixlər:

-         İştirakçıların qeydiyyatı üçün son tarix: 20.01.2025

-         Tezislərin təqdim edilməsi üçün son tarix: 20.01.2025

-         Məqalənin tam mətninin təqdim edilməsi üçün son tarix: 20.01.2025

-         Qəbul bildirişi: 01.02.2025

-         İştirak haqqının ödənilməsi: 01.03.2025

Tədbirdə Türkiyə, Ukrayna,  Qazaxıstan, Macarıstan, Polşa, Gürcüstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.

Konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək mühəndislik sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.

Konfransın işçi dili - ingilis dili

Konfrans haqqında ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

macosep.cyber.az/2025/

Digər elanlar