Bakı Mühəndislik Universitetinin (BMU) “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Polşanın Rzeszow Texnologiya Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün yeni çağırış elan edir.
Mühəndislik, Memarlıq və inşaat fakültələrində təhsil alan tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər.
İlk seçim mərhələsində “Erasmus+ KA1” mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada aşağıda təqdim edilən link vasitəsilə göndərməlidirlər:
1. Transkript (ümumi ortalama 85+);
2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);
3. Motivasiya məktubu;
4. Tövsiyə məktubu;
5. Tərcümeyi-hal (CV);
6. AKTS - Avropa kredit transferi və yığım sistemi tanınma vərəqi.
Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş edilir. Sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
İngilis dilində tədris edilən proqram aşağıdakı linkdə qeyd olunub: https://dwm.prz.edu.pl/en/eras/erasmus/student/courses-in-english
Sənədlər 29.10.2024-cü il tarixinə kimi qeydiyyat linkinə (https://forms.gle/oTUKWDzyXecAbuHj8) yüklənilməlidir.
Əlavə sual yaranarsa, Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinə (email: iro@beu.edu.az ) müraciət edə bilərsiniz.