Mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin nəzərinə!

27 Oktyabr 2022
Mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin nəzərinə!

Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan universitet tələbələri üçün “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.

Proqram tam olaraq ingilis dilində aparılacaq.

Proqramın xərcləri BANM hesabınadır. 

Layihə sizə nə verəcək?

Biznes sahəsində bilik və bacarıqlara yiyələnmək;

Praktiki məşğələlərdə iştirak etmək;

BP və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları;

BANM-ın ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil almaq;

Proqramın sonunda sertifikat ilə təmin edilmək.

Proqram BANM-nın beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən 2 həftə ərzində ali təhsil ocağının Xətai korpusunda əyani formada təşkil ediləcək.

Proqrama daxil olan modullar:

Prezentasiya və kommunikasiya bacarıqları;

Layihə idarəetməsi;

Vaxtın idarəedilməsi və səmərəlilik;

Risklərin idarəedilməsi;

Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş;

İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik;

Kimlər müraciət edə bilər:

Hazırda yalnız mühəndislik ixtisasları üzrə təhsil alan III, IV və V kurs tələbələri;

Yalnız ingilis dili bacarıqları yüksək olan tələbələr;

Qeydiyyat üçün aşağıda qeyd edilən məlumatları [email protected] elektron ünvanına göndərməyiniz xahiş edilir.

Qeydiyyat üçün son tarix: 6 Noyabr 2022-ci il

* Ərizə forması (https://bit.ly/3Mmr347)

* CV

Yerlərin məhdud olduğunu nəzərə alaraq tezliklə qeydiyyatdan keçməyniz tövsiyə olunur.

Proqrama qəbul olan tələbələrə 11 Noyabr 2022-ci il tarixinədək məlumat veriləcək.

Əlavə suallarınız üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

e-mail: [email protected]

Telefon: +994 50 843 30 71

 

 

Digər elanlar