Azərbaycan Respublikasının Mərkəzi Bankı 2022-ci il üzrə İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.
İnternatura proqramına iş təcrübəsi olmayan, bakalavriatura pilləsinin sonuncu kurs, həmçinin magistratura pilləsinin İqtisadiyyat, Maliyyə, Statistika, Risklərin idarə edilməsi, Hüquq, Menecment, Tətbiqi riyaziyyat, Kompüter elmləri və informasiya texnologiyaları, İqtisadi kibernetika istiqamətləri üzrə təhsil alan tələbələri müraciət edə bilərlər.
İnternatura proqramı 4 iyul - 9 sentyabr 2022-ci il tarixlərini əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “İnsan resursları – İnternatura: Addımlarınıza bizimlə başlayın” alt-bölməsinə daxil olaraq tamamlamaq mümkündür.
Son müraciət tarixi 6 fevral 2022-ci ildir.
Proqram haqqında daha ətraflı məlumatı https://www.cbar.az/page-726/internship-start-your-steps-with-us linkinə daxil olaraq əldə etmək olar.