Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

17 Dekabr 2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

18 dekabr 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində (BMU) “Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” adlı seminar-müzakirə keçiriləcək.

BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrası və Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə gənc şairlər - Fərid Hüseyn, Günel Şamilqızı və Fuad Cəfərovun iştirakı nəzərdə tutulur.

Tədbir saat 11:00-da (Rektorluq binası, Tempus otağı) baş tutacaq.

Maraqlanan şəxslər seminarda iştirak edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dekabr  2019-cu il tarixdə “Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Digər elanlar