“Meetups by PASHA Bank”ın görüşünə qatılmaq istəyən tələbələrin nəzərinə!

10 Aprel 2023
“Meetups by PASHA Bank”ın görüşünə qatılmaq istəyən tələbələrin nəzərinə!

18 aprel tarixində saat 17:00-19:00 aralığında “Caspian Plaza”da yerləşən “Lotfizadeh Technology Center”də “Meetups by PAŞA Bank”ın növbəti sessiyası təşkil olunacaq.

Tədbirdə bankın rəqəmsal mühəndislik komandasında çalışan nümayəndələri “Mobil tətbiqlər üzrə rəqəmsal mühəndislik” mövzusunda çıxış edəcəklər.

Çıxışlarda əsasən mobil tətbiqlərdə kod asılılıqların idarə edilməsi, xətaların izlənilməsi və avtomatlaşdırılmış testlərin qurulması kimi məsələlərə toxunulacaq.

Qeydiyyat üçün keçid edin: https://pshb.az/meetup

Digər elanlar