“Mədəni müxtəlifliyin idarəedilməsi” adlı onlayn seminar keçiriləcək

13 Noyabr 2020
“Mədəni müxtəlifliyin idarəedilməsi” adlı onlayn seminar keçiriləcək

Almaniyanın Koblenz Universitetinin təşkilatçılığı ilə “Mədəni müxtəlifliyin idarəedilməsi” (“Managing Cultural Diversity”) adlı onlayn seminar keçiriləcək. Bakı Mühəndislik Universitetinin (BMU) müəllimləri və tələbələri qeydiyyatdan keçərək seminarda iştirak edə bilərlər.

27-29 noyabr 2020-ci il tarixlərində təşkil olunacaq mədəniyyətlərarası onlayn seminarın builki mövzusu “Orijinallıq və texnologiya” (“Authenticity and Technology”) olacaq.

Seminarda iştirak etmək istəyən şəxslər 15.11.2020-ci il tarixinə kimi  CV və motivasiya məktubunu (ingilis dilində) [email protected] e-mail adresinə göndərməlidirlər.

Seminarla maraqlanan şəxslər əlavə suallarla bağlı BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı, həmçinin universitetin Erasmus+ KA1 (107) proqramı üzrə koordinatoru Nərmin Ələkbərovaya (e-mail: [email protected]) müraciət edə bilərlər.

Seminar haqqında ətraflı məlumatı https://www.hs-koblenz.de/?id=17055 linki vasitəsilə əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər elanlar