Kriptovalyutalar və Blokçeyn texnologiyası üzrə təlimlər keçiriləcək

16 Dekabr 2021
Kriptovalyutalar və Blokçeyn texnologiyası üzrə təlimlər keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Elm və innovasiya şöbəsinin və Azərbaycan Blokçeyn və İnvestisiya Akademiyasının birgə əməkdaşlığı çərçivəsində yeni layihənin icrasına başlanılır. Layihə blokçeyn texnologiyasının inkişafı, kriptovalyuta və investisiya savadlılığını, həmçinin dördüncü sənaye inqilabı istiqamətində bilik, bacarıq və davranışları artırmaq məqsədi daşıyır.

Layihə çərçivəsində qeyd olunan sahələrlə əlaqəli müxtəlif mövzularda təlimlərin, konsultasiyaların təşkili planlaşdırılıb.

Bu qəbildən olan tədbirlər 2-ci semestrin başlanğıcında start götürəcək və 2 ay olmaqla davam edəcək.

Təlimlərdə iştirak üçün https://forms.gle/VmCiwa1bkVpWEXSx5 linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Tədbirlərdə iştirak ödənişsizdir.

Digər elanlar