PAŞA Bankın tələbələr üçün müxtəlif mövzularda təşkil etdiyi onlayn master-klasslar davam edir. Növbəti belə tədbir “Kredit risklərinin anderraytinqi” mövzusuna həsr olunacaq.
Master-klass bank sahəsində 12 illik təcrübəsi olan, hazırda isə PAŞA Bankın Kredit risklərinin anderraytinqi departamentinin Korporativ və institusional bankçılıq şöbəsinin rəhbəri Pərviz Atayev tərəfindən keçiriləcək.
30 noyabr 2021-ci il tarixində saat 11:00-da Microsoft Teams platforması üzərindən baş tutacaq təlimə qoşulmaq üçün linkə daxil olmaq lazımdır.