Koreyanın İnha Universitetində magistratura və doktorantura təhsili almaq imkanı

12 Noyabr 2021
Koreyanın İnha Universitetində magistratura və doktorantura təhsili almaq imkanı

Koreyanın İnha Universiteti 2022-ci ilin payız semestrindən magistratura və doktorantura proqramlarında təhsil almaq üçün müsabiqədə elan edir. Belə ki, İnha Universitetinin magistratura və doktorantura proqramında təqaüdlü (30%, 50%, 70%, 100%) təhsil almaq və professorun laboratoriyasında iştirak edərkən yaşayış xərclərinə dəstək mövcuddur.

Müraciət üçün son tarix 30 noyabr 2021-ci ildir.

Detallı məlumat almaq üçün BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri cənab Hyunjin Yang-a (e-mail: [email protected] , İİBF binası 427-ci otaq) müraciət etmək mümkündür.

Digər elanlar