“Qlobal Koreya” təqaüd proqramı elan edilib

“Qlobal Koreya” təqaüd proqramı elan edilib

 

Koreya Respublikası Təhsil Nazirliyi yanında Beynəlxalq Təhsil üzrə Milli İnstitutu (BTMİ) tərəfindən 2022-ci il üçün xarici tələbələrə bakalavr pilləsi üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib. Sözügedən təqaüd proqramının əsas şərtləri, müraciət formaları və digər məlumatları BTMİ-nin “Koreyada təhsil” internet səhifəsindən (www.studyinkorea.go.kr) əldə etmək mümkündür.

Səfirlik vasitəsi ilə müraciət edəcək Azərbaycan vətəndaşları 05 oktyabr 2021-ci il tarixinə qədər sənədlərini təqdim etməlidirlər. Seçilmiş şəxslər səfirlikdə təşkil ediləcək müsahibəyə dəvət olunacaq.

Qeyd edək ki, Lee Hyunju (azeremb@mofa.go.kr ) təqaüd proqramı ilə bağlı əlaqələndirici şəxsdir. Lazımi sənədlərlə bağlı məlumatı isə linkə daxil olaraq əldə etmək olar.

 

Digər elanlar