Bakı Mühəndislik Universitetində (BMU) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı fəaliyyətinə və roluna həsr olunan xüsusi mühazirə keçiriləcək.
Tədbir 27 noyabr 2021-ci il tarixində saat 14:00-da universitetin rektorluq binasının akt zalında (II mərtəbə) təşkil olunacaq.
Mühazirədə BMU-nun professor-müəllim heyəti və tələbələri iştirak edə bilər.
Toplantı iştirakçılarına Koreya milli mətbəxinin təamları təqdim olunacaq.