Kiber təhlükəsizlik istiqaməti üzrə beynəlxalq yarışa təmsilçi seçimi mərhələsinə start verilir

14 İyul 2021
Kiber təhlükəsizlik istiqaməti üzrə beynəlxalq yarışa təmsilçi seçimi mərhələsinə start verilir

WorldSkills Azerbaijan platforması ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia 2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir.

Seçim turunda 25 yaşa qədər olan gənclər qeydiyyatdan keçə bilər. Ən yaxşı nəticə göstərən iki şəxs 28-31 iyul tarixlərində WorldSkills Asia tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ əldə edəcək.

Onlayn formatda təşkil ediləcək yarışlara 26 müxtəlif ölkə təmsilçilərinin qatılması nəzərdə tutulur.

İştirakçılar qeydiyyatdan keçmək və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərlər:

Qeydiyyat linki: https://cutt.ly/tmDmhis

21 iyul 2021-ci il qeydiyyat üçün son tarixdir.

Digər elanlar