Kapital Bank tələbələr üçün “Birbank” təqaüd proqramına start verir. Seçilən tələbələr aylıq təqaüd almaqla yanaşı, Kapital Bank-da təcrübə keçmək və təlimlərə qatılmaq şansı əldə edəcəklər. Odur ki sən də
· 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kursa keçmisənsə;
· iqtisadiyyat, biznes, İT, riyaziyyat, kompüter elmləri, eləcə də sosial və humanitar sahələrdən hər hansı biri üzrə təhsil alırsansa;
· universitetə 550 və daha yüksək balla daxil olmusansa;
· ortalama 81 və daha yüksək balla təhsilini davam etdirirsənsə,
vaxt itirmədən proqram üçün qeydiyyatdan keç
Qeyd edək ki, seçim prosesi onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaq.
Müraciət üçün son tarix: 10.08.2023