JACAFA/ Nippon Fondunun Mərkəzi Asiya Ölkələri üzrə təqaüd proqramı

20 Aprel 2022
JACAFA/ Nippon Fondunun Mərkəzi Asiya Ölkələri üzrə təqaüd proqramı

JACAFA Fondu (Yaponiya-Mərkəzi Asiya Dostları və Ortaqları Fondu) və Nippon Fondu tam zamanlı bakalavr tələbələri arasında təqaüd proqramına (2022-2024) qəbul elan edir.

2022-ci ilin oktyabrından 2024-cü ilin iyununa qədər nəzərdə tutulan proqramda təhsili və digər akademik fəaliyyətləri uğurla başa vurmaq üçün ayda 100 avro (bütün yerli vergilər daxil olmaqla) təqaüd verilir.

Təqaüd proqramına aşağıdakı tələblərə cavab verən şəxslər müraciət edə bilər:

• 23 yaşından kiçik Qırğızıstan, Özbəkistan, Qazaxıstan və ya Azərbaycan vətəndaşı olmaq

• akademik qeyd: 4 ballıq şkala üzrə 3.0 və ya yuxarı GPA və ya ekvivalent nəticələrə sahib olmaq

• TOEFL, IELTS və ya TOEIC sertifikatı ilə təsdiqlənmiş səlis danışıq və yazılı ingilis dili nəticələri

• sosial elmlər, iqtisadiyyat, maliyyə, idarəetmə, kompüter elmləri, kompüter mühəndisliyi ixtisaslarının II kurs tələbələri.

Təqdim ediləcək sənədlər isə aşağıdakılardır:

• ərizə forması (onlayn doldurulmalıdır: https://forms.gle/KKAkFU888qMoy51n6)

• tələbə vəsiqəsi və ya sertifikat (skan surəti)

• universitet transkripti (skan surəti)

• professor/müəllim heyətindən minimum 2 tövsiyə məktubu (skan surəti)

• şəxsi esse (özünüz haqqında, o cümlədən təhsiliniz və tərbiyəniz, ən mühüm nailiyyətləriniz, şəxsi, akademik və peşəkar inkişafınıza təsir edən təcrübələr haqqında məlumat, hazırda oxuduğunuz sahəni seçməyinizin səbəbləri haqqında fikirləriniz).

Yuxarıda sadalanan sənədlərin hamısı [email protected] ünvanına göndərilməlidir. Müvəffəqiyyətli namizədlərlə sonrakı seçim prosesi üçün e-poçt vasitəsilə əlaqə saxlanılacaq.

JACAFA təqaüdünü əldə etməklə tələbələr bir sıra əlavə üstünlüklər qazanacaqlar. Onların sırasında Orta Asiya ölkələrində hər il keçirilən JACAFA məzunlarının tədbirlərində iştirak, JACAFA məzunu olduqdan sonra JACAFA Japan Visit Proqramı müsabiqəsinə (seçilmiş ərizəçilər Yaponiyaya tam ödənişli səfər edə biləcək), həmçinin qrant kimi ildə $10 000-a qədər kiçik ölçülü layihələr həyata keçirmək üçün müraciət etmək hüququ vardır.

Proqrama müraciət üçün son tarix 29 aprel 2022-ci il saat 18:00-dır.

Əlavə suallar yarandığı halda +996 778 158429 (whatsapp) əlaqə nömrəsi və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlamaq mümkündür. 

Digər elanlar