İtaliyanın Sapienza Universiteti tələbələr üçün müsabiqə elan edir

22 Sentyabr 2021
İtaliyanın Sapienza Universiteti tələbələr üçün müsabiqə elan edir

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Sapienza Universiteti 2021/2022-ci tədris ilinin qış semestri üçün (fevral 2022 – iyul 2022 tarixlərində) müsabiqə elan edir.

Tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edəcəklər. Müsabiqədə bakalavr, magistraturadoktorantura tələbələri iştirak edə bilər.

Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər ilk seçim mərhələsində tələb olunan sənədləri onlayn formada aşağıdakı təqdim olunan link vasitəsilə göndərməlidirlər:

·  Transkript (ümumi ortalama 85+);

·  Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);

·  Motivasiya məktubu;

·  Tövsiyə məktubu;

·  Tərcümeyi-hal (CV);

·  Akademik heyət tərəfindən təsdiq məktubu (doktorantura tələbələrinə şamil edilir);

·  Ətraflı tədqiqat haqqında məlumat (doktorantura tələbələrinə şamil edilir).

 

Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Bakalavr və magistratura tələbələri üçün ingilis dilində tədris olunan dərslər təqdim olunan linkdə qeyd olunub: https://corsidilaurea.uniroma1.it/en

Doktorantura tələbələri ingilis dilində proqramla təqdim olunan linkdən tanış ola bilərlər: https://www.uniroma1.it/en/pagina/list-phd-programmes

Tələb olunan sənədləri 05.10.2021-ci il   tarixinə kimi təqdim olunan qeydiyyat (https://forms.gle/PXU2uQ5jVh7Pbhea7 ) linkinə daxil olaraq yükləməyiniz xahiş olunur.

Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (e-mail: [email protected] ).

 

Digər elanlar