İslam İnkişaf Bankı 2021-2022-ci illər üzrə Təqaüd Proqramı elan edir.
Proqram ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələrə təqaüdün verilməsini nəzərdə tutur. Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələri bu proqrama müraciət edə bilərlər.
Proqram haqqında daha ətraflı və detallı məlumatı İslam İnkişaf Bankının rəsmi saytından (http://www.isdb.org/scholarships) əldə etmək olar.
Maraqlanan şəxslər 28 fevral 2021-ci il tarixinədək bankın saytında qeydiyyatdan keçməklə öz ərizə formalarını dolduraraq elektron qaydada təqdim etməlidirlər.