“İşğaldan azad olunmuş ərazilərin davamlı inkişafının perspektivləri” mövzusunda onlayn konfrans

12 Noyabr 2020
“İşğaldan azad olunmuş ərazilərin davamlı inkişafının perspektivləri” mövzusunda onlayn konfrans

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin davamlı inkişafının perspektivləri” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfrans BMU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarov moderatorluğu ilə baş tutacaq. Tədbirin məruzəçiləri sıırasında Şimali Dakota Universitetinin maliyyə professoru Fariz Hüseynov, Kornel Universitetinin Siyasi elmlər departamentinin dosenti, i.ü.f.d. Ceyhun Mahmudlu, Auburn Universitetinin dosenti Dr. Samir Hüseynov, BMU-nun Dünya iqtisadiyyatı kafedrasının dosenti, i.ü.f.d. Həzi Eynalov və UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, i.ü.f.d. Xətai Alıyev yer alacaq.

17 noyabr 2020-ci il tarixində, saat 09:00-da Zoom platforması üzərindən təşkil olunacaq konfransa aşağıdakı link və ya kod vasitəsilə qoşulmaq mümkündür:

https://us02web.zoom.us/j/3281179857

Meeting ID: 328 117 9857

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər elanlar