“İşğaldan azad olunan regionların bərpa strategiyası” adlı onlayn seminar

12 Noyabr 2020
“İşğaldan azad olunan regionların bərpa strategiyası” adlı onlayn seminar

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə kafedrasının təşkilatçılığı ilə “İşğaldan azad olunan regionların bərpa strategiyası” adlı onlayn seminar keçiriləcək.

Seminarda BMU-nun Maliyyə kafedrasının professoru Saleh Məmmədovun məruzəsi dinləniləcək. Məruzə 30 illik işğalın iqtisadi zərərləri, iqtisadi bərpa konsepsiyasının əsas prinsipləri, həmçinin Şuşa smart şəhərinin və regional maliyyə mərkəzinin yaradılması imkanlarına həsr olunacaq. Bununla yanaşı, investisiya mobilizasiya yolları: dünya azərbaycanlılarının gücü, beynəlxalq investisiya imkanlarının cəlb olunması kimi məsələlərə də toxunalacaq.

Zoom platforması üzərindən 13 noyabr 2020-ci il tarixində, saat 17:00-da təşkil ediləcək seminara aşağıdakı kod və şifrə vasitəsilə qoşulmaq mümkündür:

Zoom Meeting ID: 941 1855 7141

Passcode: 5HpV97

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər elanlar