İNHA Universitetində bir semesterlik təhsil imkanı

01 Fevral 2023
İNHA Universitetində bir semesterlik təhsil imkanı

Koreyanın İNHA Universiteti Bakı Mühəndislik Universitetinin (BMU) yerli proqramda təhsil alan tələbələri üçün bir semesterlik təqaüdlü mübadilə proqramı elan edir. Mübadilə proqramına BMU-nun bütün ixtisaslarından olan tələbələri müraciət edə bilər.  

Proqram haqqında ətraflı:

 Təhsil müddəti: bir semestr (29 avqust 2023- 16 dekabr, 2023)

- gediş-gəliş aviabileti, Koreyada sağlamlıq sığortası, tam təhsil haqqı, aylıq yaşayış xərcləri (təqribən 420 $), ilkin məskunlaşma subsidiyaları (təqribən 160$) proqram tərəfindən qarşılanır.

 Tələb olunan sənədlərin siyahısı:

1. Tərcümeyi-hal;

2. Beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, Duolingo);

3. Transkript (80+);

4. *BMU-da təhsil aldığınıza dair arayış;

5. **Dərslərin tanınma vərəqi;

7. **Ərizə forması;

8. Pasport;

9. Şəkil (jpg formatda 500KB-dan aşağı).

 Müraciət üçün son tarix: 25.02.2023

 İngilis dilində tədris olunan dərslərin siyahısı: http://sugang.inha.ac.kr/sugang/   (sabit cədvəl və dərs siyahıları semestr başlamazdan təxminən bir ay əvvəl mövcud olacaqdır).

Sual yaranarsa, Hyunjin Yang ([email protected]) və ya Nərmin Ələkbərova ([email protected]) ilə əlaqə saxlanıla bilər.

 Tələb olunan sənədlər ingilis dilində zip formatda hazırlanıb, [email protected][email protected]z elektron poçt ünvanlarına göndərilməlidir.

 *Arayış tədris hissəsi tərəfindən ingilis dilində hazırlanır.

**Dərslərin tanınma vərəqi və Ərizə forması üçün [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.

Digər elanlar