İNHA Universiteti Bakı Mühəndislik Universitetinin (BMU) yerli proqramda təhsil alan tələbələri üçün bir semestrlik təqaüdlü mübadilə proqramı elan edir. Proqrama BMU-nun bütün ixtisaslarında təhsil alan tələbələri müraciət edə bilər.
Təhsil müddəti 29 avqust 2022 - 16 dekabr 2022-ci il (bir semestr) tarixlərini əhatə edir. Gediş-gəliş aviabileti, Koreyada sağlamlıq sığortası, tam təhsil haqqı, aylıq yaşayış xərcləri (təqribən 420 $), ilkin məskunlaşma subsidiyaları (təqribən 160$) proqram tərəfindən qarşılanır.
Tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:
· Tərcümeyi-hal
· Beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, Duolingo)
· Transkript (85+)
· Pasport
· Şəkil (jpg formatda 500KB-dan aşağı)
İngilis dilində tədris olunan dərslərin siyahısı ilə http://sugang.inha.ac.kr/sugang/ linki vasitəsilə tanış olmaq mümkündür (Sabit cədvəl və dərs siyahıları semestr başlamazdan təxminən bir ay əvvəl mövcud olacaq).
Müraciət üçün son tarix 28 aprel 2022-ci ildir.
Əlavə sual yarandığı halda BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang (yanghj@inha.ac.kr) və ya Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova (nalakbarova@beu.edu.az) ilə əlaqə saxlanıla bilər.
Tələb olunan sənədlər ingilis dilində zip formatda hazırlanıb yanghj@inha.ac.kr və nalakbarova@beu.edu.az email adreslərinə göndərilməlidir.