İKT sahəsinə marağı olan xanım tələbələr üçün təqaüd proqramı

12 Mart 2024
İKT sahəsinə marağı olan xanım tələbələr üçün təqaüd proqramı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ATL Akademiyanın birgə reallaşdırdığı "Technest" Təqaüd Proqramı çərçivəsində tam ödənişsiz təqaüd proqramına qeydiyyat başlayıb.

Qadınların informasiya-kommunikasiya texnologiyaları sahəsində iştiraklarının artırılması məqsədi daşıyan təqaüd proqramına əsasən, xanım tələbələr ATL Akademiyada seçdikləri sahə üzrə tam təqaüdlü təhsil almaq hüququ qazanacaqlar.

“Frontend”, “Java backend”, “C# Backend”, “iOS mobil proqramlaşdırma, “Android mobil proqramlaşdırma”, “Product management”, “IT Biznes Analitika” kimi istiqamətləri birləşdirən proqram ilə bağlı daha ətraflı məlumat almaq üçün linkə (https://atlacademy.az/event/34-8-mart-8-qadin-teqaud-proqrami) keçid edə bilərsiniz.

Proqrama son müraciət tarixi 07 aprel 2024-cü ildir.

Digər elanlar