Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha
Universitetinin birgə İkili Diplom Proqramına (İDP) əlavə sənəd qəbulu və onlayn daxili imtahan müsabiqəsi haqqında elan
(BAKALAVRİAT SƏVİYYƏSİ ÜZRƏ)
Proqram haqqında:
2020/2021-ci tədris ilindən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa uyğun olaraq İnşaat mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramına əlavə qəbul həyata keçirilir.
Əlavə qəbulun şərtləri:
1) Proqramda Azərbaycan Respublikasının vətəndaşı olan və 2018 və 2019-cu illərdə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etmiş və minimum 400 bal toplamış namizədlər;
2) DİM imtahanında iştirak etməmiş, lakin SAT nəticələri 65%-dən (1040 xaldan) yuxarı olan namizədlər;
3) təhsilinin ilk ilini xaricdə nüfuzlu ali təhsil müəssisələrində almış, lakin pandemiyaya görə təhsilini 2020/2021-ci tədris ilindən etibarən Azərbaycanda davam etdirmək istəyən namizədlər iştirak edə bilər.
Qeyd: qəbul olan tələbələr başqa universitetdən https://transfer.edu.az/ ilə BMU-da İkili Diplom Proqramı çərçivəsində təhsillərini Dövlət Sifarişi əsasında alacaqlar.
BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən abituriyentlər qeyd olunan 2 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər.
İxtisaslar:
1) İnşaat mühəndisliyi (12 yer);
2) Elektrik mühəndisliyi (18 yer);
Kvota: 30 yer
Proqramın modeli:
Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. Diplom işini hazırlayıb müdafiə etdikdən sonra tələbələr iki diplom əldə edəcəklər. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.
Tədris dili: İngilis dili olacaq, əlavə olaraq Koreya dili də tədris ediləcək.
Xaricdə təhsil müddəti: 1 il
Tələb olunan sənədlər:
1) 3x4 ölçüdə rəngli fotoşəkil;
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) Attestatın surəti (əsli universitetə qəbul olanda təqdim olunmalıdır);
4) DİM tərəfindən keçirilmiş imtahanda topladığı balı təsdiq edən sənəd;
5) İngilis dili sertifikatı (əgər varsa).
Namizədlər İnha Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (ingilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün mütləq təqdim olunan onlayn anket formasını (https://docs.google.com/forms/
İDP-yə onlayn sənəd qəbulunun son müraciət tarixi: 31 dekabr, 2020
Onlayn daxili imtahan müsabiqəsinin tarixləri:
İNHA onlayn yazılı imtahan üzrə orientasiya: 11 yanvar, 2021
İNHA onlayn yazılı imtahanının (riyaziyyat və fizika) keçirilməsi: 12 yanvar,2021
İNHA onlayn şifahi imtahanının (ingilis dili) keçirilməsi : 14,15 yanvar, 2021
İDP ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına ünvanlamaq mümkündür.
Cənubi Koreyanın İnha Universiteti haqqında:
Universitet mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İnha Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan və 20 mindən çox tələbəsi olan ali təhsil ocağıdır. İkili Diplom Proqramı və İnha Universiteti haqqında daha ətraflı məlumat əldə etmək üçün təqdim olunan linklərə baxa bilərsiniz:
(1) (AZ) https://www.youtube.com/watch?v=B7S6FlzX-gU
(2) (ENG): https://www.youtube.com/watch?v=7vJ9jTfusHM
(3) (RUS): https://www.youtube.com/watch?v=64C1E5lrXNs