“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Students Club-Google DSC) və universitetin Elm və innovasiya şöbəsinin birgə təşkilatçılığı ilə növbəti təlim keçiriləcək.
Tədbirdə təlimçi qismində biznesin inkişaf meneceri Nailə Mikayılbəyli və şəxsi brendinq məsləhətçisi Kəmalə Rövşən çıxış edəcək.
9 mart 2022-ci il tarixində saat 12:40-da BMU-nun əsas binasının akt zalında baş tutacaq tədbirdə “Şəxsi Brendinq 103” və “Şəxsi inkişaf və karyera planlaşdırması” mövzularında təqdimat və çıxışlar olacaq.
Təlimdə “Dünyanın bizdə görmək istədiyi bacarıqların, təcrübənin, şəxsiyyətin unikal birləşməsi nədir?”, “Rəqabət bazarında digərlərindən fərqlənmək üçün hansı keyfiyyətlərə malik olmalıyıq?”, “Hədəflərimizə çatmaqda bizi motivasiya edərək məqsədlərimizə yaxınlaşdıran texnikalar və strategiyalar hansılardır?” kimi suallar ətrafında müzakirələr aparılacaq.
Komandanın üzvü olmayan, lakin sessiyada iştirak etmək istəyən tələbələr +994 50 431 79 26/+994 55 871 19 65 nömrələri ilə əlaqə saxlaya bilərlər.